Molla rejimi azərbaycanlı şairəni həbs etdi

 11:43 17.12.2022     706

İranda etiraz aksiyalarında həbs edilənlər günü-gündən artır.

Redaktor.az "Mouze" "Telegram" kanalına istinadən xəbər verir ki, bu dəfə təbrizli şairə Vahidə Xanpuru həbs olunub.

Güney Azərbaycandan olan Vahidə Xanpuru həmçinin xalçaçılıq məktəbinin tələbəsidir.

Təhlükəsizlik qüvvələrinin həbs etdiyi şairə son etiraz aksiyaları zamanı bir neçə dəfə onlar tərəfindən telefonla təhdid edilib.