Vilayət Eyvazovun yeni müavini kimdir? - DOSYE

 16:10 17.12.2022     1349

Bu gün general-mayor Oqtay Kərimov daxili işlər naziri Vilayət Eyvazovun müavini təyin edilib.

Redaktor.az xəbər verir ki, o, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəzləyib.

Oqtay Kərimov bundan əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. O.Kərimov ardınca həmin idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif olunub.