Aksiya iştirakçıları Laçın yolunda dünya çempionatını izləyir 

 19:17 17.12.2022     302

Şuşa-Xankəndi yolunda aksiya iştirakçılarının Qətərdə keçirilən futbol üzrə dünya çempionatının Xorvatiya-Mərakeş matçını izləmələri üçün monitor quraşdırılıb.

Redaktor.az xəbər verir ki, aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə üçüncü yer uğrunda görüşü izləyirlər.

Havanın soyuq olmasına baxmayaraq, dinc aksiyaya qoşulanlar hələ də Laçın-Xankəndi yolundadır.

Qeyd edək ki, aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.