Vardanyan panikada olan ermənilərə müraciət etdi - FOTO

 23:03 17.12.2022     332

Dekabrın 17-də Xankəndidə mitinq keçirəcəyini elan etsə də, buna nail ola bilməyən oyuncaq “dövlət naziri”, saxta “operativ qərargahın rəisi” Ruben Vardanyan “operativ qərargah” üzvlərinin iştirakı ilə geniş müşavirə keçirib.

Redaktor.az bu barədə erməni mediasına istinadən bildirir.

Vardanyan yenə də sərsəm fikirlərini davam etdirib, deyib ki, qaz təchizatını bərpa etdik, amma Laçın yolu hələ də “blokadadadır”.

“Bu o deməkdir ki, biz blokadada qalmaqda davam edirik və bu vəziyyətdə panika olmadan yaşamağı öyrənməliyik. Bunun üçün biz mümkün qədər mütəşəkkil və intizamlı olmalıyıq. Bu fürsətdən sosial konsolidasiya, bir-birinə dəstək üçün istifadə edilməlidir. Bu, həm də sistemli yanaşmaların tətbiqi ilə buraxılmış çatışmazlıqları aradan qaldırmaq üçün hansı imkanlara malik olduğumuzu öyrənmək baxımındam yaxşı fürsətdir”, - Vardanyan bildirib. Bununla da o, Xankəndi və digər ərazilərdə təşvişin hökm sürdüyünü təsdiqləmiş olub.

Qeyd edək ki, artıq bir həftəyə yaxındır Vardanyan erməniləri sakitliyə, onlara ümid verməyə çağırır (Musavat).

2