"Xaricdə təhsil alanların çoxu Azərbaycana qayıtmır" - Deputat

“Xarici ölkələrdə İKT sahəsində ciddi mütəxəssislər hazırlansın. Bu şərtlə ki, təhsilini bitirdikdən sonra Azərbaycana qayıtsın. Ona görə ki, xaricdə təhsil alanların çoxu Azərbaycana qayıtmır. Daha münbit şərait və yüksək maaş olduğu üçün orada qalırlar”,
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Millət vəkli qeyd edib ki, təhsil naziri Emin Əmrullayevlə İKT sahəsi üzrə mütəxəssislərin hazırlanması ilə bağlı müzakirə aparıb:
"Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Təhsil Nazirliyinin müqaviləsi olsun. Bu sahədə xaricə oxumağa göndərilən şəxslər ayrılsın”.