Xankəndi xəstəxanasında daha ağır xəstə yoxdur - Baş həkim

 14:46 19.12.2022     130

Xankəndi xəstəxanasından çıxarılan bir nəfər ağır xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiətilə Laçın yolundan keçməklə Ermənistana aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Xankəndi xəstəxananın baş həkimi Mher Musayelyan Ermənistan KİV-nə bildirib.

"1960-cı il təvəllüdlü kişinin ürəyində təcili əməliyyat lazımdır. O, Ermənistandakı Nork-Maraş Tibb Mərkəzinə aparılıb. Xəstə bir həftə əvvəl lazımi müayinədən keçib, lakin yol bağlı olduğundan onu daşıya bilməyiblər”.

Musaelyan qeyd edib ki, bu adam əvvəllər məlumatları açıqlanan ağır xəstələrin siyahısına daxil edilməyib.

Onun sözlərinə görə, hazırda Xankəndi xəstəxanasında İrəvana təcili aparılmalı olan ağır xəstə yoxdur.
 

Xatırladaq ki, azərbaycanlı ekofəallar və QHT nümayəndələri dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz edirlər.