Bakıda daha bir metro stansiyası tikilir? - AÇIQLAMA

 15:52 19.12.2022     227

Sosial şəbəkələrdə Bakıxanov dəmir yolu stansiyası dayanacağı yaxınlığında yeni metro stansiyasının tikilməsi ilə bağlı məlumat paylaşılıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, həmin ərazi “Bakı Metropoliteni”nin gələcəkdə inşası nəzərdə tutulmuş obyektlərindən kənarda yerləşir:

“Həmin ərazidə indi metro inşaatı gündəmdə deyil. Çünki o sahəyə qədər xətlərin ayrılması layihəsi üzrə “Dərnəgül”dən sonrakı üç stansiya tikilməlidir. Bakıxanov dəmir yolu dayanacağına qədər daha bir stansiya da inşa olunmalıdır. Bütün bunlar hələlik konseptual inkişaf sxemində nəzərdə tutulmuş layihələrdir. İnşaatından danışmaq çox erkəndir”.