Polis idarələrinə smartfon telefonlarla daxil olmaq qadağandır - DİN-dən AÇIQLAMA

 20:10 20.12.2022     792

"Polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir".

Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir:

"Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür".

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən