"Azəriqaz" rəhbərliyi bu gün canlı yayımda sualları cavablandıracaq
Dekabr ayının 21-də saat 15:00-da "Facebook" sosial şəbəkəsi üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.
Qeyd olunub ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.












