Vasif Talıbov istefa verir? - Təcili iclas çağırıldı

 11:40 21.12.2022     932

Hal-hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan jurnalist Məhəmmədəli Qəribli məlumat yayıb.

"Diqqət çəkən məqam budur ki, sessiyada icra qurumlarının heç bir nümayəndəsi iştirak etmir. Adətən belə iclaslarda: nazirlər, komitə rəhbərlərinin iştirakı təmin edilirdi. Hazırda keçirilən iclaslarda isə yalnız Ali Məclisin deputatları iştirak edir.

Mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Böyük ehtimalla korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin deputat toxunulmazlığı götürülə bilər. Ali Məclis deputatları sırasında belə adamlar var. Vasif Talıbovun istefa verə biləcəyinə dair də ehtimallar səslənir, amma bunun az inandırıcı olduğunu deyirlər", - jurnalist qeyd edib.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən