TƏBİB-dən alınan xəstəxanalarda icbari tibbi sığorta dayandırılacaq? – RƏSMİ CAVAB

 09:58 22.12.2022     242

“Yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək tibb müəssisələri yenə də icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək”.

Redaktor.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

İTSDA rəsmisinin sözlərinə görə, tibb müəssisələrinin fəaliyyət istiqamətləri, qaydalar və meyarlar isə yaxın zamanda açıqlanacaq.

2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələr TƏBİB-nin tabeliyindən çıxarılacaq.

Bunlar:

- Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri;

- K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

- Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;

- V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;

- Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;

- Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu;

- Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;

- Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir.

Xatırladaq ki, sözügedən tibb müəssisələri 2020-ci il 1 yanvarda Səhiyyə Nazirliyindən alınaraq TƏBİB-in tabeliyinə verilib (modern).