Naxçıvana təyin olunan Fuad Nəcəfli kimdir? - DOSYE

 17:23 22.12.2022     2798

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün özünün Naxçıvan Muxtar Respublikasındakı  səlahiyyətli nümayəndəsinin təyin edilməsinə dair sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Redaktor.az xəbər verir ki, Fuad Nəcəflinin barəsində olduqca məhdud informasiya mövcuddur. Onu öyrənə bildik ki, 1975-ci il təvəllüdlü F.Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir.

F.Nəcəfli bu təyinatadək Sumqayıt Texnologiyalar Parkının nəzdində yaradılan MMC-lərdən birində yüksək vəzifədə çalışıb.

Belə ki, o, Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub.

F.Nəcəfli daha əvvəl "Paşa Holdinq"ə daxil olan bir sıra şirkətlərdə çalışıb.

Nərmin VÜQARQIZI 

 

Vumart və Güvən reklamı Vumart Güvən