Vasif Talıbov "whatsapp" statusuna görə Xalq artistini işdən ÇIXARDI - VİDEO

 17:30 22.12.2022     318

“Naxçıvanda xalq üçün ən qorxulu, ən amansız adam şəxsən Azər Zeynalovun özüdür”.

Redaktor.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Xalq artisti Həsən Ağasoy deyib.

Sənətkar Muxtar Respublikanın keçmiş sədri Vasif Talıbovun hakimiyyəti dövründə başına gətirilən müsibətlərdən söz açıb. O, bir vatsap statusuna görə çalışdığı teatrdan çıxarıldığını, aylarla işsiz qaldığını açıqlayıb.

Aktyor həmin dövrdə hazırda Vasif Talıbovun səlahiyyətlərini icra edən Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun tapşırığı ilə televiziyalarda onun rol aldığı tamaşaların yayımdan qaldırıldığını, səsləndirdiyi şeirlərin efirə verilmədiyini əlavə edib.