“Açıq mikrofon” Şamaxıda quruldu - FOTO

“Xahiş edirəm, həyətyanı sahədən keçən qaz xəttinin yerinin dəyişdirilməsində mənə köməklik göstərəsiniz”.
Redaktor.az bildirir ki, bu müraciətlə Şamaxı rayon sakini Orxan Eyvazov "Azəriqaz"ın "Açıq miktrofon"unda çıxış edib.
Çarhan kənd sakini İlqar Cəfərov isə qapı keçidinin quraşdırılmasını istəyib. Şamaxı rayonunda baş tutan aksiyada ümumilikdə 14 müraciət ünvanlanıb. Görüşdə səsləndirilən hər bir müraciət Ağsu RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.