"Azərişıq"ın sədri Şamaxıda vətəndaşları qəbul edəcək

 19:23 22.12.2022     348

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dekabrın 23-də saat 10:00-da Şamaxı şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Şamaxı şəhəri, Babasəlim Əzizov küçəsi 1 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.

Redaktor.az xəbər verir ki, qəbul icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Şamaxı Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.