Qazlaşdırma işləri əsasən "Azəriqaz"ın daxili hesabına aparılır

"Qazlaşdırma işləri əsasən "Azəriqaz"ın daxili hesabına aparılıb".
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyində keçirilən "Açıq qapı" aksiyasında birliyin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, polad boruların təminatında müəyyən ləngimələr olmasına baxmayaraq, qazlaşma işləri aparılıb.
"İndiyədək 92% qazlaşdırma prosesi aparılıb. Qalan ərazilər isə yanvarın 15-ə kimi başa çatacaq. Bu il əsasən cənub zonasının qazlaşdırılmasına daha çox önəm verilib. Növbəti ildə yeni salınan yaşayış massivlərin qazlaşmasına diqqət ayıracağıq".
Nərmin VÜQARQIZI