Qaz sayğaclarında limitlər avtomatik dəyişir
"Limitlərin yenilənməsi dekabrın 31-dən yanvarın 1-ə keçən gecə avtomatik olaraq həyata keçirilir ".
Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, bu proses bir müddət davam edə bilər.
"Nazirlər Kabinetinin qərarına əsasən, mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi yanvar ayının 10-a qədər davam edir. Hədəfimiz yanvarın 6-a qədər limitlərin yenilənməsi prosesini tamamlamaqdır. Tarix 10 yanvar tarixinə qədər uzansa da, heç bir abonentin limitlərinə müdaxilədən söhbət gedə bilməz".
Nərmin VÜQARQIZI












