Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin edildi

 12:47 23.12.2022     215

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı " Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.