“Deputatların monitorları “dayan, doldurum”la işləyir” - Sabir Rüstəmxanlı

 13:45 23.12.2022     126

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deputatların istifadə etdiyi monitorların ləng işləməyindən gileylənib.

Redaktor.az-ın məlumatına görə, deputat qeyd edib ki, bu, millət vəkillərini işini yubadır: “Bir beş dəqiqə barmağını sürtməlisən ki, ekran yerindən tərpənsin. Bunlara baxılsın. Qanun layihələrinin hamısını kağızda izləmək mümkün deyil. 

Monitorda işləmək asandır, o da ləng işləyir. “Dayan, doldurum” deyirdilər e. Bax o cürdür. Xahiş edirəm, texniki işçilər buna ciddi yanaşsınlar”. 

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bu məsələyə baxılacaq (qafqazinfo).