Körpə Xankəndidən Ermənistana aparıldı

 09:47 24.12.2022     852

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Redaktor.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynləri 1987-ci il təvəllüdlü Aleksey Xalatryan, 1979-cu il təvəllüdlü Ararat Balayanın komitənin əməkdaşlarının müşayiəti ilə 1 ədəd ambulans və 2 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq (report).

Vumart və Güvən reklamı Vumart Güvən