Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidəki çadırlarını sökürlər - VİDEO - YENİLƏNİB
Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının qurduqları digər konteyner və generator ərazidən götürülüb.
Redaktor.az xəbər verir ki, konteyner və generator kran vasitəsilə ilə iki yük maşınına yığılıb.
Konteyner digər əraziyə - Laçın istiqamətinə aparılır.
Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.
Ərazidə Rusiya sülhməramlılarının heç bir konteyneri qalmayıb, orada yalnız müvəqqəti yaradılmış post və bir neçə sülhməramlı xidmət aparır.
Hazırda aksiya davam edir, etirazçılar ekologiyanı qorumağa çağıran müxtəlif şüarlar səsləndirirlər.
***
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları quraşdırdıları çadırları söküblər.
Redaktor.az xəbər verir ki, sökülən çadırlar avtomobillərə yığılaraq Laçın istiqamətində aparılır.
***
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.
Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.






















