Ağdamla bağlı pilot layihə yekunlaşır

 13:31 24.12.2022     288

Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol və müvafiq mühəndis-kommunikasiya şəbəkələrinin kompleks şəkildə, vahid layihə çərçivəsində qurulması müstəqil Azərbaycan tarixində ilk dəfə Ağdam şəhərində tətbiq edilir.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

A.Quliyev qeyd edib ki, bu məqsədlə hazırda bir neçə layihənin paralel olaraq vahid layihədə ümumiləşdirilməklə yeni formatda işlənilməsi artıq başa çatdırılır:

"Belə ki, nəqliyyat və kommunikasiya sahəsində siyasəti həyata keçirən aidiyyəti dövlət qurumları ilə birlikdə son bir neçə ay ərzində intensiv işlərin nəticəsi olaraq ümumi uzunluğu 191 km olan yol-küçə şəbəkəsinin pilot layihəsinin hazırlanması yekunlaşdırılır.

İlk dəfə Ağdamda tətbiq edilmiş bu yeni layihələndirmə modelinin uğurunu nəzərə alaraq, hazırda eyni yanaşma Füzuli, Şuşa və Laçın şəhərlərinin, eləcə də Tərtər rayonunun Talış kəndinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsində də tətbiq edilir. Həmçinin Cəbrayıl, Zəngilan və Kəlbəcər şəhərlərinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi üçün müvafiq hazırlıqlar görülür".

Vumart və Güvən reklamı Vumart Güvən