Messinin PSJ ilə yeni müqaviləsinin detalları bilindi

 17:52 24.12.2022     452

Argentina millisinin kapitanı Lionel Messinin Fransanın PSJ klubu ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 1+1 illik sözləşməyə qol çəkəcək.

İddiaya görə, təcrübəli forvardın agenti olan atası ilə 4 aylıq danışıqlardan sonra tərəflər arasında razılıq əldə olunub. Yeni anlaşmaya əsasən, ulduz futbolçunun məvacibində artım olacaq.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.

Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.