Son sutkada peyvənd olunanların STATİSTİKASI

 19:30 24.12.2022     829

Azərbaycanda son sutkada 419 nəfər vaksinasiya olunub.

Redaktora.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 140, ikinci doza vaksinlərin sayı 100 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 154-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 25 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 929 665 olub.