Masallı Rayon İcra Hakimiyyətində YENİ TƏYİNATLAR - FOTO

 14:42 25.12.2022     333

Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatında yeni təyinatlar aparılıb.

Redaktor.az xəbər verir ki, Tohid Əlihüseyn oğlu Hüseynov rayon İcra Hakimiyyəti Başçısının köməkçisi vəzifəsindən azad edilərək rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.

Fərid İlham oğlu Aslanlı isə rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək rayon İcra Hakimiyyəti Başçısının köməkçisi vəzifəsinə təyin olunub.