“Euronews” Qarabağda ermənilərin xeyrinə süjet verdi, sonra sildi - FOTO

 10:47 26.12.2022     250

“Euronews” telekanalı Azərbaycana qarşı qərəzli video-süjet hazırlayıb.

Redaktor.az xəbər verir ki, “Dağlıq Qarabağ: blokadanın iki həftəsi” süjetdə azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolundakı aksiyanı blokada kimi təqdim edib.

Videomaterialda, həmçinin ermənilərin ötən gün Xankəndində keçirdiyi aksiya barədə geniş məlumat verilib. Qarabağ iqtisadi rayonu “Dağlıq Qarabağ” kimi təqdim olunub. Süjetə hazırlanan mətndə Xankəndi şəhəri, ilk olaraq Stepanakert kimi təqdim olunub, daha sonra mötərizədə Xankəndi kimi qeyd edilib.

Maraqlıdır ki, “Euronews” telekanalı sonradan bu süjeti həm rəsmi saytından, həm də sosial şəbəkə hesablarından silib. Hazırda həmin süjetin linkinə keçid etdikdə saytda belə bir materialın olmadığı görünür.

Qeyd edək ki, ilk olaraq bu fakta jurnalist Əli Əhmədov diqqət çəkib.  

Xatırladıq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir (qafqazinfo).

22