Güney Azərbaycanda partlayış - 10-larla yaralı var - FOTO

 16:26 26.12.2022     394

Dekabrın 26-da Güney Azərbaycanın Tufarqan şəhərində (hazırki adı Azərşəhrdir) boya zavodunda baş verən partlayış nəticəsində 54 nəfər yaralanıb.

Redaktor.az “Tasnim”ə istinadla xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin yerli idarəsi məlumat yayıb.

Hadisə Tufarqanın Səlimi qəsəbəsində yerləşən “Atlas Foam Sahənd Industries" şirkətinin müəssisəsində qeydə alınıb.

Yaralananalardan 10-un vəziyyəti ağırdır.

Partlayış yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Qeyd edək ki, Tufarqan şəhəri Təbrizdən 60 kilometr cənub-qərbdə və Urmiya gölünün şərqində, Səhənd dağının qərbində yerləşir.

22
Vumart və Güvən reklamı Vumart Güvən