Aksiya davam edir - Laçın-Xankəndi yolunda son vəziyyət

 23:10 26.12.2022     164

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya izdihamla davam edir.

Redaktor.az xəbər verir ki, ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına bu gün müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatları qoşulub.

Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər.