Sülhməramlıların daha iki maşını Xankəndiyə keçdi

 23:37 26.12.2022     169

Rusiya sülhməramlılarına məxsus daha iki minik avtomobilinin Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkəti təmin olunub.

Redaktor.az xəbər verir ki, Laçın-Xankəndi yolunun Şuşa şəhərindən keçən hissəsində azərbaycanlı QHT nümayəndələrinin, ekofəalların və könüllülərin keçirdikləri dinc aksiya hərəkətə maneə törətməyib.

Bu, bir daha yolun açıq olduğunu və humanitar məqsədlər üçün istifadə edildiyini göstərir.