DTX-nın keçmiş rəisinə gömrükdə yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, Orxan Nuriyev Dövlət Gömrük Komitəsində Əməliyyat İstintaq Baş İdarəsinə rəis təyin olunub.
Qeyd edək ki, Orxan Nuriyev bundan əvvəl Səbail rayon prokurorunun müavini işləyib. Eyni zamanda, o, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, Baş Prokuror Kamran Əliyevin kürəkəni Orxan Nuriyev Azərbaycan Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur (Bizim.Media).