Sülhməramlıların maşını Laçın-Xankəndi yolundan maneəsiz keçdi - FOTO

 09:58 28.12.2022     762

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Redaktor.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, bunda əlavə, bu gün səhər saatlarında Rusiya sülhməramlılarına məxsus minik avtomobili Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edib (Azərtac).

2
Vumart və Güvən reklamı Vumart Güvən