Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq

 10:35 28.12.2022     369

Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür: "Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik", - A.Bağırov qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən