Prezidentin Qətərə təyin etdiyi səfir kimdir? - DOSYE

 13:34 28.12.2022     424

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Redaktor.az-ın məlumatına görə, Mahir Əliyev bu təyinatadək Azərbaycann Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

O, 2022-ci il oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərindən geri çağırılmışdı.

Mahir Əliyev əslən Ağdaç rayonundandır. Əvəllər Təhsil Nazirliyində Xarici əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb.

2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.

2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2019-cu ilin əvvəlindən 2022-ci il oktyabrın 17-nə kimi ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik korpusuna rəhbərlik edib (modern.az).