Azərbaycanlı alimin Xəzərin statusu ilə bağlı kitabı nəşr olundu - FOTO

 13:37 28.12.2022     372

Qazaxıstanın Almatı şəhərində azərbaycanlı alim – Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun “Xəzərin Konstitusiyası. Xəzər dənizinin hüquqi statusu Konvensiyası: İdeyadan onun həyata keçirilməsidək olan yollarda” adlı böyük monoqrafik kitabı işıq üzü görüb.

Redaktor.az xəbər verir ki, bu  kitab qazaxıstanlı tanınmış alim – Qazaxıstan Dövlət və Hüquq İnstitutunun direktoru, fəlsəfə doktoru Aron Səlimqerey ilə birlikdə hazırlanıb.

Kitabın əhəmiyyəti ondadır ki, o Xəzərin statusu məsələsini onun meydana gəldiyi vaxtdan başlayaraq indiyədək olan dövrü əhatə edir, Xəzərin statusu ilə bağlı dünyada nəşr olunan ən tam və əhatəli ensiklopedik kitabdır. Məlliflər Xəzərlə bağlı bağlanmış bütün konvensiyaları təhlil edib, Xəzəryanı ölkərin məsələ ilə bağlı mövqelərini araşdırıb, çoxsaylı elmi məktəblərin, alimlərin və diplomatların nəzəriyyələri təhlil ediblər. Kitabda Xəzəryanı dövlətlərin dövlət başçılarının Xəzərin statusu ilə bağlı çıxışları və əsərləri mühüm yer alıb. Əsərdə mühüm yeri Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladıqları Xəzər dənizinin hüquqi statusu lə bağlı konvensiya tutur. Əslində bu məsələ hüquq ədəbiyyatında ilk dəfə olaraq belə geniş və ətraflı şərh edilir.

Kitabda sübut edilir ki, Xəzərin statusu iə bağlı məsələlərdə Azərbaycan Respublikası ilə Qazaxıstanın mövqeyi üst-üstə düşür və onlar danışıqlarda birgə həmrəylik göstərərək əməkdaşlıq ediblər. 

R.Məmmədovla A.Səlimqereyin kitabı geniş oxucu kütləsi və bu problemlərlə maraqlanan mütəxəssislər, tələbə və magistrlər üçün nəzərdə tutulub.

Həmidə İBRAHİMOVA

2
Vumart və Güvən reklamı Vumart Güvən