Daha bir qazi Türkiyəyə müalicəyə göndərildi

 17:45 28.12.2022     369

Ağır yaralanan qazimiz Namazov Həbib Aydın oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb.

Bu barədə Redaktor.az-a YAŞAT Fondundan xəbər verilib.

Bildirilib ki, təqdim olunan həkim rəyinə əsasən onun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəsissəsində davam etdiriləcək.

Ağır yaralılardan olan Ağayev Elsevər Sərvan oğlu isə müalicə məqsədilə Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 178 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Bir qazi müalicə üçün Türkiyəyə göndərilib, digəri Vətənə qayıdıbBir qazi müalicə üçün Türkiyəyə göndərilib, digəri Vətənə qayıdıb

Vumart və Güvən reklamı Vumart Güvən