Bu universitetdə yanvardan maaşlar artacaq

 18:12 28.12.2022     392

Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.

Ali məktəbdən Redaktor.az-a bildirilib ki, bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.

Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.

Vumart və Güvən reklamı Vumart Güvən