Paytaxtın mərkəzində 70 min manata səki satılır - VİDEO

 11:17 29.12.2022     254

Bakının “Azadlıq” metro stansiyasının çıxışındakı səkilərdən biri 70 min manata satışa çıxarılıb.

22 kvadratmetrlik ərazini satan şəxs əlində bələdiyyə sənədinin olduğunu iddia edib.

Hadisə yerində çəkiliş aparan İTV əməkdaşları 70 min manata obyekt satan şəxslə ancaq telefonda danışa biliblər. Binəqədi rayon bələdiyyəsinin əməkdaşları isə orada obyektə dair sənəd tapa bilməyiblər.