Küləkli hava şəraiti gecəyə doğru tədricən mülayimləşəcək - FAKTİKİ HAVA

 17:35 29.12.2022     183

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Redaktor.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən, Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək. Dekabrın 30-u və bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi üstünlük təşkil edəcək.