Vasif Talıbovun qardaşı işdən ÇIXARILDI

 17:41 29.12.2022     231

Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.

Redaktor.az xəbər verir ki, M.Talıbov öz arzusu ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Xəbəri Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib.