Bəxtiyar Hacıyevin məhkəmədən FOTOSU

 21:38 29.12.2022     299

Bu gün Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb.

Redaktor.az xəbər verir ki, bugünkü məhkəmədən görüntülər sosial mediada paylaşılıb.

Vəsatətin təmin olunub-olunmaması ilə bağlı məhkəmə qərarı isə hələlik açıqlanmayıb.

Həmin fotonu təqdim edirik:

Qeyd edək ki, ictimai fəalın ev dustaqlığına buraxılması ilə bağlı daha əvvəl bir neçə dəfə vəsatət verilsə də, təmin olunmayıb.

B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. 

Xatırladaq ki, B.Hacıyev 2 həftədir davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən