Həmin ərazilər təhlükəlidir - Spikerdən deputata CAVAB
Bu gün işğaldan azad olunmuş ərazilərdən olan insanların müraciətlərinin böyük bir hissəsi dünyasını dəyişmiş insanların həmin ərazilərdə dəfninə şərait yaradılması ilə bağlıdır.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
“Amma bilirik ki, bölgədə hələ də mina təhlükəsi var. Odur ki, düşünürəm, növbəti ildən işğaldan azad olunmuş ərazilərdən olan insanların həmin bölgələrə gediş-gəlişinin asanlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Milli Məclis sədri Sahibə Qafarova bildirib ki, həmin ərazilər minaya görə vətəndaşlar üçün təhlükəlidir.












