Laçın-Xankəndi yolunda "yolka" qurulub - FOTO

 12:47 30.12.2022     313

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində-Laçın-Xankəndi yolunda aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, iştirakçılar Yeni İl münasibətilə aksiya keçirilən yerdə "yolka" qurulub.

Yeni ilin simvolu sayılan "yolka" tullantı plastik qablardan hazırlanıb.

Aksiya artıq on doqquz gündür, davam edir.

Dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır (apa).

222