Bu il abonentlərin yarısı limiti keçməyib - "Azəriqaz"

 13:12 30.12.2022     883

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 52 %-i aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

Redaktor.az xəbər verir ki, bunu bu gün Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov qurumda ilin yekunlarına dair keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı birdirib.

Onun sözlərinə görə, hesabat dövründə 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 39 % abonent keçib: “Cəmi 9 % abonent isə 2 500 kubmetrədən artıq, yəni bir kubmetrə görə 25 qəpik olan tarifdən istifadə edib”, - R.Məhyəddinov qeyd edib.

Qeyd edək ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən