Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

 15:01 30.12.2022     350

Xalq artisti Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, sənətçi müalicə olunması üçün Yeni klinikaya aparılıb. Həkimlər ona ezofagit (mədə borusunun iltihabı) diaqnozu qoyub (axşam.az).

Qeyd edək ki, tanınmış xanəndə Xalq artisti Ağasəlim Sahib oğlu Abdullayev 15 oktyabr 1950-ci ildə anadan olub.

Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir.

Azərbaycan muğamlarını ən klassik, ən düzgün yol ilə ifa edən tarzən hesab olunur.

2007-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Mahir tarzən Ağasəlim Abdullayev həm də mahir pedaqoqdur. Azərbaycan mədəniyyətini, musiqisini dünyanın dörd bir yanında təmsil edən, ən çox tanınan tarzənlər -Sahib Paşazadə, Şəhriyar İmanov, Bəhruz Zeynal və bir çox tarzənlər onun tələbələridir. Hazırda pedaqoji fəaliyyətini Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına musiqi kolleci və Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirir.

Nərmin VÜQARQIZI

 

 

Vumart və Güvən reklamı Vumart Güvən