Vasif Talıbovun prokuror qardaşının yerinə təyinat oldu

 16:17 30.12.2022     514

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.