Elman Rüstəmovu rüsvay edən oğlu və anası kimdir?

 18:48 30.12.2022     204

Aqil adlı 14 yaşlı yeniyetmənin ötən gündən yayılan video-müraciəti ciddi rezonans doğurub.

Redaktor.az xəbər verir ki, özünü Mərkəzi Bankı keçmiş sədri Elman Rüstəmovun oğlu kimi təqdim edən Aqil adlı şəxsin varlığı barədə hələ bir neçə il əvvəl sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin məlumatlarda bildirilirdi ki, E.Rüstəmov Sevinc adlı xanımdan olan bu nikahdankənar uşağı dəbdəbə içərisində yaşadır. Hətta həmin vaxt Aqilin bahalı avtomobillərlə olan görüntüləri də ortaya çıxıb.

Qeyd edək ki, Aqilin dünən müraciətində vurğuladığı 050 201 07 77 nömrəsi həqiqətən də Elman Rüstəmova məxsusdur.

Xatırladaq ki, Elman Rüstəmovun oğlu olmaqdan xəcalət çəkdiyini bildirən Aqil sabiq baş bankirin ailəsinə təzyiq etdiyini, onları hədələdiyini deyib və dövlət başçısından kömək istəyib.

Bu gün isə Aqil ikinci video-müraciətini yayıb.

0, birinci videonu yaydıqdan sonra Elman Rüstəmovun anasına zəng etdiyini və onu Bakıya gətirməsini tələb etdiyini bildirib.

“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji xəstəxanaya saldırmaq istəyir. Mən bildirirəm ki, tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.

Aqil ölkə rəhbərliyindən atasının zülm və təzyiqindən qorunmaq üçün kömək istəyib.

Aqilin hazırda Bakıya gətirildiyi də vurğulanır.