Jurnalistə Vəkillər Kollegiyasında vəzifə verildi

 21:27 30.12.2022     197

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

Redaktor.az xəbər verir ki, bu vəzifə tanınmış jurnalist Etibar Məmmədova həvalə olunub.

O, bundan sonra fəaliyyətini Vəkillər Kollegiyasının mətbuat katibi vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, E.Məmmədov uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "e-huquq.az" saytı olub.

Jurnalist həmin saytın baş redaktoru vəzifəsində işləyib.