Bakı 2023-cü ili atəşfəşanlıqla qarşıladı

 00:01 01.01.2023     1111

Dənizkənarı Milli Parkda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunub.

Redaktor.az xəbər verir ki, bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.

Dənizkənarı Bulvarda ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Bakının ən böyük əyləncə-istirahət məkanına xüsusi gözəllik verib. Bununla yanaşı, hələ bir neçə gün əvvəl şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.

Beləliklə, 2022-ci il yola salınıb və 2023-cü il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.