Yeni ildə ilk doğulan oğlandı - FOTO

Azərbaycanda 2023-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyindəki 4 saylı Doğum Evində dünyaya gəlib.
Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.
"01.01.2023-cü il tarixində, saat 00:01-də doğulan körpənin cinsi oğlan, çəkisi 2 kilo 700 qramdır.
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaq ananın üçüncü hamiləliyi olub. Yenidoğulmuşun və ananın vəziyyəti stabildir", - rəsmi məlumatda qeyd olunub.
