Soyuq silah gəzdirənlərin cəzası ağırlaşdı

 14:59 01.01.2023     502

Bu gündən soyuq silahların daşınmasına qarşı Gürcüstan qanunvericiliyində sanksiyalar sərtləşir. 

 Redaktor.az xəbər verir ki, 1 yanvardan qonşu ölkədə “İnzibati Xətalar Məcəlləsi”ndə, həmçinin cinayət qanunvericiliyində həyata keçirilən dəyişikliklər qüvvəyə minir.

Qanun layihəsinə əsasən, küçədə, həyətdə, stadionda, meydanda, parkda, təhsil müəssisəsində, məhkəmədə, hava limanında, kinoteatrda, teatrda, konsert salonunda, kafedə, restoranda, bütün növ ictimai nəqliyyatda, avtovağzalda, dəmiryolu vağzalında və digər insanların toplaşdığı yerlərdə soyuq silah/biçaq gəzdirmək 200 lari deyil, 500 lari məbləğində cərimə ediləcək və soyuq silah müsadirə olunacaq. 

Sənəddə deyilir ki, soyuq silahların daşınmasına görə məsuliyyət təkcə pul sanksiyalarının artırılması baxımından sərtləşdirilməyəcək, təkrar törədilməsi şəxsin inzibati məsuliyyətlə deyil, cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək.

Dəyişikliklərə əsasən, “soyuq silah gəzdirmək” dedikdə, şəxsin əlində soyuq silahın dərhal istifadə oluna biləcək şəkildə olması da belə halların mövcudluğu başa düşülür. Məcəllənin hazırkı versiyasına görə, “soyuq silah gəzdirmək” dedikdə, yalnız şəxsin əlində soyuq silah tutması, onu bədəninə taxması və ya paltarında saxlaması belə halların mövcudluğu nəzərdə tutulur.